Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampla bağlı bir neçə paylaşımına görə təəssüfləndiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ötən həftə ABŞ Prezidenti Donald Trampla bağlı etdiyim bəzi paylaşımlara görə təəssüflənirəm. Onlar həddini aşdı", - o yazıb.
Daha əvvəl Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı kəskin ifadələr işlədiblər. Mask bildirmişdi ki, onun dəstəyi olmadan Tramp 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələ bilməzdi. Bununla yanaşı, o Trampa qarşı impiçment elan edilməsi ideyasını dəstəkləyib, Dövlət xərclərinin azaldılması haqqında qanun layihəsini və Prezident tərəfindən tətbiq edilən idxal rüsumlarını tənqid edib.
D.Tramp isə öz növbəsində bildirmişdi ki, Mask ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin (DOGE) fəaliyyətinə nəzarət edərkən öz vəzifələrini vicdanla yerinə yetirməyi dayandırıb və ağlını itirib.