KİV: Rusiya ən bahalı təyyarələrini Ukraynanın hədəfindən uzaqlaşdırır

A- A A+

Ukrayna pilotsuz uçuş aparatlarının aerodromlarına hücumundan sonra Rusiya ən bahalı hərbi təyyarələrini bu ölkənin hədəfindən uzaqlaşdırıb.

NUHÇIXAN-ın "The Telegraph"a istinadən verdiyi xəbərə görə, iki "Tu-160" strateji bombardmançı və raket daşıyıcısı cəbhə xəttindən 6 min km-dən çox məsafədə yerləşən uzaq “Anadır” aviabazasına köçürülüb.

Nəşr qeyd edib ki, aerodrom Alyaskadan təqribən 660 km aralıda, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. Aerodrom “soyuq müharibə” dövründə - Rusiyanı ABŞ-nin potensial hücumlarından qorumaq üçün yaradılıb.

"Tu-160" səsdən sürətli bombardmançı təyyarələri nüvə silahı daşıya bilir və Rusiya arsenalında ən bahalısıdır, hər birinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, Amerika bombardmançı donanmasının əsasını təşkil edən “B-52 Stratofortress” təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir", - müəlliflər vurğulayırlar.

Rusiyada ümumilikdə 16 belə təyyarənin istismarda olduğu bildirilir. Eyni zamanda, Ukrayna bildirib ki, həmin “Tu-160”ların bəziləri “Hörümçək toru” əməliyyatı çərçivəsində, iyunun 1-dəki hücum zamanı zədələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: