ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) sammiti zamanı bir sıra ölkələrin liderləri ilə təkbətək görüşlər keçirəcək.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi növbəti brifinqdə bildirib.
“Prezidentlə digər xarici liderlər arasında kifayət qədər təkbətək görüşlərin olacağını təsdiqləyə bilərəm”, - mətbuat katibi bildirib.
Ondan Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də Braziliya və Meksika liderləri Luis İnasio Lula da Silva və Klaudiya Şeynbaumla belə görüşlərin olub-olmayacağına aydınlıq gətirmək istənilib. Livitt əlavə edib ki, hazırda bütün görüşlərin qrafiki dəqiqləşdirilir və bu barədə jurnalistlərə daha sonra məlumat veriləcək.
G7-nin sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək.