Avropa İttifaqı (Aİ) qərbli müttəfiqlərindən nümunə götürərək İsrailin Baş naziri Binyamin Netanyahunun kabinetinin ifrat sağçı üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard “Politico” nəşrinə müsahibəsində bildirib.
"Biz ayrı-ayrı ekstremist əhval-ruhiyyəli nazirlərə qarşı sanksiyaların tətbiqinə nail olmaq üçün növbəti addımı atırıq", - o qeyd edib.
Daha əvvəl Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Norveç İsrailin maliyyə və milli təhlükəsizlik nazirləri Betsalel Smotriç və İtamar Ben-Qvirə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etdiklərini açıqlayıblar. Fələstinlilərə qarşı zorakılığa təhrik etdiklərinə görə tətbiq edilən məhdudiyyətlər ilk növbədə həmin ölkələrə giriş qadağasını, həmçinin aktivlərinin dondurulmasını nəzərdə tutur.