Kobaxidze: Avropalı səfirlər də daxil olmaqla, hər kəsi Gürcüstanda nifrət və düşmənçilikdən çəkinməyə çağırırıq
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan cəmiyyətinə nifrət deyil, sakitlik və sağlam qarşılıqlı münasibətlər lazımdır.
NUHÇIXAN-ın məlumatına görə, Baş nazir bu barədə Budapeştdə gürcü jurnalistlərə açıqlamasında danışıb.
O təəssüflə qeyd edib ki, Avropa bürokrasiyası tərəfindən nifrəti təşviq edən addımlara şahid olurlar.
"Bəzən səfirlər də bu proseslərə cəlb olunur. Gürcü cəmiyyətinə bu nifrətin bir şəkildə sona çatması lazımdır. Biz bütün tərəfləri, o cümlədən Avropa səfirlərini Gürcüstanda nifrət və düşmənçiliyin təşviqindən çəkinməyə çağırırıq. Bu, bizim cəmiyyətə qətiyyən lazım deyil. Gürcü cəmiyyətinə sakitlik və bir-birinə qarşı sağlam münasibət lazımdır”, - deyə Baş nazir vurğulayıb.