Hindistanda təyyarə qəzası nəticəsində 30 nəfər həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Bildirilir ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya naziri K.Rammohan Naidu ilə hadisənin təfərrüatlarını müzakirə edib. Nazirin özü təyyarə qəzasının baş verdiyi əraziyə gedib.
Təyyarənin havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığı bildirilir.
Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və bort bələdçiləri də daxil olmaqla 242 nəfər olub.