CAR-da sərt hava şəraiti nəticəsində azı 57 nəfər ölüb

A- A A+

Cənubi Afrikada Respublikasında (CAR) son üç gündə qar, leysan və daşqınlarla müşayiət olunan sərt hava şəraiti nəticəsində azı 57 nəfər həyatını itirib.

NUHÇIXAN xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, ölənlərin əksəriyyəti Şərqi Keyp əyalətindəndir.

Təcili xidmət nümayəndələrinin sözlərinə əsasən, təbii fəlakət nəticəsində itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağı istisna olunmur.

Regionda tüğyan edən qasırğa nəticəsində Şərqi Keyp və Kvazulu-Natal əyalətlərində minlərlə ailə evsiz qalıb, 150-dən çox məktəbə ziyan dəyib.

CAR Prezidenti Siril Ramaposa cümə günü təbii fəlakətdən zərər çəkən bölgələrə səfər edəcək.

Qeyd edək ki, həftənin əvvəlində Cənubi Afrika Respublikası soyuq hava kütlələrinin təsirinə məruz qalıb. Gecə saatlarında bəzi rayonlarda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb. Sinoptiklər bu il ölkədə son dövrlərin ən sərt qışının keçəcəyi barədə xəbərdarlıq edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: