İsrail Hərbi Hava Qüvvələri (HHQ) İrandan buraxılan pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsi əməliyyatını davam etdirir.
Bu barədə NUHÇIXAN İsrail Müdafiə Qüvvələrinin bəyanatına istinadən xəbər verir.
Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib. Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib. İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar. Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.