İran Natanz nüvə kompleksində radiasiya sızıntısı barədə məlumat yayıb

A- A A+

İran Atom Enerjisi Təşkilatı Natanz nüvə kompleksində radiasiya sızıntısı olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı agentliyin bəyanatına istinadən bildirib.

"Nüvə obyektinin daxilində radiasiya sızıntısı aşkar edilib, lakin obyektin xaricində sızıntı qeydə alınmayıb", - agentlik bildirib.

Qurum həmçinin narahatlıq üçün səbəb olmadığını deyib. Təşkilatın məlumatına görə, obyektin daxilində radiasiyadan təmizlənmə prosesi həyata keçirilməlidir və daha sonra dəymiş ziyan qiymətləndiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: