Hindistanda helikopter qəzaya uğrayıb, ölənlər var

A- A A+

Hindistanın şimalında Himalay dağlarında helikopter qəzaya uğrayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Məlumata görə, helikopterdə pilot da daxil olmaqla 7 nəfər olub. NDTV-nin xəbərinə görə, onların hamısı həlak olub. Bununla belə, ölənlərin sayı ilə bağlı hələ rəsmi məlumat yoxdur.

Helikopter Uttarakhand əyalətinin yüksək dağlıq hissəsindəki Kedarnath kəndindən qayıdırmış. Qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: