İsrail ordusu: 50 qırıcı təyyarə Tehrandakı nüvə obyektlərinə hücum edib

A- A A+

Bazar günü gecə 50 İsrail qırıcısı Tehranda İranın nüvə obyektlərinə hücum edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“50 qırıcı təyyarə bütün gecə Tehran səmasında uçaraq İranın nüvə layihəsinin infrastruktur və obyektlərinə hücum edib”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, hücum İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin qərargahı və digər obyektlər də daxil olmaqla 80-dən çox hədəfə təsir edib.

Mətbuat xidməti qeyd edib ki, İsrail Müdafiə Qüvvələri üç gündən az müddətdə İranda 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə hücum edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: