İranın dövlət televiziyasının ölən əməkdaşlarının sayı üçə çatıb - YENİLƏNİB

A- A A+

İranın dövlət radio və televiziyasının (IRIB) üç əməkdaşı İsrailin raket zərbəsi nəticəsində ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində həlak olan əməkdaşlarının sayı üçə çatıb.

Qeyd edək ki, İsrail ötən gün İranın əsas teleradio yayımı şirkəti olan IRIB-in binasına zərbələr endirib. IRIB-nin ictimaiyyətlə əlaqələr şöbəsi radio və televiziya xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq edib. Hücum anı canlı yayımda lentə alınıb.

08:13

İranın dövlət radio və televiziyasının (IRIB) əməkdaşı İsrailin raket zərbəsi nəticəsində həlak olub.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə İranın dövlət radio və televiziya şirkəti özünün teleqram kanalında məlumat yayıb.

“İran İslam Respublikasının Səsi” katibliyinin əməkdaşı Məsumə Əzimi İsrailin zərbəsindən sonra partlayış dalğası nəticəsində həlak olub”, - paylaşımda bildirilir.

Qeyd edək ki, İsrail ötən gün İranın əsas teleradio yayımı şirkəti olan IRIB-in binasına zərbələr endirib. IRIB-nin ictimaiyyətlə əlaqələr şöbəsi radio və televiziya xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq edib. Hücum anı canlı yayımda lentə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: