Çində fabrikdə baş verən partlayış nəticəsində 9 nəfər həlak olub, 26 nəfər yaralanıb

A- A A+

Mərkəzi Çinin Hunan əyalətində pirotexnika fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı doqquz nəfərə, yaralananların sayı isə 26 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Hazırda intensiv axtarış-xilasetmə əməliyyatı aparılır və hadisənin səbəblərini araşdırmaq üçün qrup yaradılıb.

Bildirilib ki, partlayış bazar ertəsi səhər saat 8:23 radələrində Hunan əyalətində baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: