İranın qərbindəki Luristan əyalətində azı 21 nəfər ölüb.
NUHÇIXAN-ın İran KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin deputatı Reza Sepehvand bildirib.
"Təəssüf ki, hücum nəticəsində 21 nəfər həlak olub, yaralılar var", - deputat qeyd edib.
O vurğulayıb ki, bu günlərdəki insidentlərin əksəriyyəti İsrail Silahlı Qüvvələrinin deyil, agentlərinin fəaliyyəti ilə bağlı olub.