Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib

A- A A+

Hindistanın “IndiGo” aviaşirkətinin Koçidən Dehliyə gedən təyyarəsi bu gün səhər partlayış təhdidindən sonra Naqpurda təcili eniş edib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə PTI informasiya agentliyi Hindistanın Koçi beynəlxalq hava limanının (CIAL) məlumatına istinadən xəbər verir.

Təhdid Maskatdan gələn və səhər saat 9.31-də Dehliyə yola düşən “IndiGo” təyyarə reysinin rəsmi elektron poçt ünvanına daxil olub. Təyyarədə 157 sərnişin və altı ekipaj üzvü olub.

CIAL-in məlumatına görə, Bomba Təhdidini Qiymətləndirmə Komitəsi təhdidi real hesab edib.

"Məlumat dərhal müvafiq orqanlara ötürülüb, bundan sonra təyyarə Naqpur hava limanına təcili eniş edib və hazırda yoxlanılır", - məlumatda qeyd olunub.

Zəruri təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra təyyarə təyinat məntəqəsi olan Dehliyə yola düşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: