Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlığı müzakirə ediblər

A- A A+

Türkiyəyə rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

NUHÇIXAN-ın məlumatına görə, görüşdə Gürcüstan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi və iqtisadi sahələrdə əldə etdiyi əhəmiyyətli uğurlar xüsusi vurğulanıb.

Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin artan dinamikasına diqqət çəkiblər.

Gürcüstan tərəfi Türkiyənin ölkənin ərazi bütövlüyü və işğalların tanınmaması siyasətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tərəflər iki ölkənin parlamentləri arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib və əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. Parlamentlərarası dostluq qruplarının bu sahədə xüsusi rolu qeyd olunub.

Görüş zamanı Gürcüstan, Azərbaycan və Türkiyə parlamentləri arasında üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyəti vurğulanıb və yaxın vaxtlarda parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsinin planlaşdırıldığı bildirilib.

Tərəflər regional və beynəlxalq proseslərə də toxunub, bölgədə sülh və sabitliyin təmin olunması üçün birgə əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.

Görüşdə, eyni zamanda strateji və regional əhəmiyyət daşıyan layihələr müzakirə olunub. Enerji və nəqliyyat əlaqələrinin gücləndirilməsi, Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub.

Gürcüstan parlamentinin sədri Numan Kurtulmuşu rəsmi səfərlə Gürcüstana dəvət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: