Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanı həbs etməkdən imtina etdiyi üçün tutduğu vəzifədən azad edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-in məlumatında deyilir.
Qeyd olunub ki, A.Abazyan baş nazir Nikol Paşinyana iş adamının həbs edilməsi üçün heç bir əsas olmadığını bildirib. Nəticədə S.Karapetyan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.