Paşinyan Ərdoğanla gözlənilən danışıqların detallarını açıqlamayıb

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

"Səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır. Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz", - o bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyini və ölkə rəhbərliyi ilə danışıqlar aparacağını bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: