Türkiyənin İzmir vilayətinin Kınık rayonunda meşə yanır.
NUHÇIXAN xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, yanğının söndürülməsi üçün əraziyə 5 təyyarə, 7 helikopter, 28 yanğınsöndürən maşın və digər lazımi texnikalar cəlb olunub.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.