Peskov: Rusiya Ermənistanda həbs edilmiş Karapetyana kömək etməyə hazırdır

A- A A+

Kreml Ermənistanda "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın həbsi ilə bağlı vəziyyəti diqqətlə izləyir və lazım gələrsə ona hər cür kömək göstərməyə hazırdır.

NUHÇIXAN-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bizim üçün o, Rusiya vətəndaşıdır. Ermənistanın daxili işlərinə qarışmaq istəmirik, lakin əlbəttə ki, Rusiya vətəndaşı ilə bağlı hər şeyi çox diqqətlə izləyirik", - deyə o qeyd edib.

Qeyd edək ki, İrəvan şəhəri ümumi yurisdiksiya məhkəməsi sahibkar Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Ona hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etmək ittihamı irəli sürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: