Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ümumilikdə 446 qeyri-qanuni miqrantın, eləcə də bu fəaliyyətin təşkilində iştirak edən 15 şəxsin saxlanıldığını bildirib.
NUHÇIXAN xəbər verir ki, türkiyəli nazirin şənbə günü, iyunun 21-də sosial şəbəkələrdəki paylaşımında qeyd olunur: “Müxtəlif vilayətlərdən olan hüquq-mühafizə orqanlarının əməkdaşları 412 min 887 şəxsin sənədlərini yoxlayıb və bu, ölkədə qeyri-qanuni yaşayan yüzlərlə əcnəbi vətəndaşı müəyyən etməyə imkan verib”.
Digər obyektlərlə yanaşı, Türkiyənin şəhərlərindəki 477 avtovağzalda da polis əməkdaşları tərəfindən yoxlamalar aparılıb.
Daxili İşlər Nazirliyinin rəhbəri Türkiyədə miqrasiyanın tənzimlənməsi mexanizmini hamılıqla qəbul edilmiş normalar və insan hüquqları nəzərə alınmaqla “bütün dünya üçün nümunə” adlandırıb.