Rusiya - Afrika xarici işlər nazirlərinin ikinci forumunun Qahirədə keçirilməsi gözlənilir.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə SPIEF-2025 Təşkilat Komitəsinin məsul katibi Anton Kobyakov bildirib.
"Biz artıq iki dəfə Rusiya - Afrika zirvə görüşünü ən yüksək səviyyədə keçirmişik. Bu il Qahirədə Rusiya və Afrika ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Biz buna hazırlaşırıq. Afrika mövzusu bizim üçün daimi xarakter daşıyır", - o qeyd edib.