Serbiya Prezidenti Aleksandr Vuçiç bu ölkənin ordusunda böyük dəyişikliklərin olacağını elan edib.
NUHÇIXAN xəbər verir ki, o, “Biz rəqəmsal ordu yaradırıq, Serbiya yenilməz olacaq“, - deyə bildirib.
Serbiya Prezidenti daha yaxşı ordunun yaradılması üçün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb: “Biz İsrail modelinə əsaslanan rəqəmsal ordu yaratmağa hazırlaşırıq. İnsanların bizdə olduğunu bilmədikləri çox məsələləri görəcəksiniz. Bu gün komandirlər döyüş meydanında hərbi vəziyyəti təhlil etməyə vaxt itirirlər. Mən hələ deyə bilmərəm. Çünki biz ölkəyə başqa bir texnologiya gətiririk. Ölkəmizə nə gətirəcəyimizi 5-dən çox adam bilmir”.
Aleksandr Vuçiç sentyabr ayında Serbiyada genişmiqyaslı hərbi paradın keçiriləcəyini də deyib.