2027-ci ilədək Orta Dəhlizin ötürücülük qabiliyyəti illik 10 milyon tona çatdırılacaq

A- A A+

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) Qazaxıstan hissəsində Multimodal rəqəmsal platforma – “Digital Trade Corridor” fəaliyyət göstərir.

NUHÇIXAN qazax mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin məlumat verib.

O deyib: “2024-cü ildə Azərbaycan və Gürcüstan dəmir yollarının İT sistemləri ilə inteqrasiya prosesi başa çatıb. Türkiyə dəmir yolları ilə inteqrasiya davam edir. Bu, marşrut üzrə yüklərin çatdırılma müddətini 25 gündən 13 günə endirməyə imkan verib. 2027-ci ilə qədər dəhlizin ötürücülük qabiliyyətinin ildə 6-dan 10 milyon tona çatdırılması planlaşdırılır”.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: