Nepal 2024-2025 maliyyə ilinin ilk 11 ayında rekord sayda elektrik avtomobili idxal edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Nepalın gömrük idarəsi məlumat yayıb.
Məlumata görə, iyunun ortalarına idxal olunan elektrik avtomobillərinin ümumi sayı 13 min 483 ədədə çatıb ki, onların da 10 min 194-ü (76 faizi) Çindən gətirilib. 2023-2024-cü maliyyə ilində isə Nepala 11 min 701 elektrik avtomobili idxal olunmuşdu.
Nepalda son illər elektrik nəqliyyat vasitələrinin istifadəsi fəal şəkildə təşviq edilir. Hökumət 2030-cu ilədək fərdi avtomobil satışında onların payını 90 faizə, ictimai nəqliyyat vasitələrinin satışında isə 70 faizə çatdırmağı planlaşdırır.