Zelenski: “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik

A- A A+

Ukrayna ABŞ-nin maliyyə naziri Skott Bessent vasitəsilə ölkə Prezidenti Donald Trampa “Patriot” sistemlərinin tədarükü ilə bağlı sorğu göndərib.

NUHÇIXAN-ın Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.

NATO sammiti zamanı Trampla görüşün keçirilməsi mümkünlüyü ilə bağlı sualı şərh edən Zelenski hər iki ölkənin komandalarının təmasda olduğunu və mümkün görüşlərin gündəliyinin hələ formalaşdırıldığını deyib.

Ukrayna liderinin sözlərinə görə, o, Kanadada bu məsələni NATO-nun baş katibi Mark Rütte ilə müzakirə edib və ölkəsinin sammitin işində iştirakında maraqlı olduğunu bildirib.

O vurğulayıb ki, Kiyev "Arzuedənlər koalisiyası"nın liderləri səviyyəsində görüşün keçirilməsində maraqlıdır və belə təmaslar məhz sammit zamanı baş tuta bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: