Astana yaxınlığında yerləşən Jolaman aerodromunun ərazisində təlim uçuşu zamanı TL-2000 yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.
NUHÇIXAN Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarə fiziki şəxsə məxsus olub. İlkin məlumatlara görə, təyyarədə ekipajın iki üzvü olub – onlar həlak olublar.
Hadisənin araşdırılması ilə bağlı komissiya yaradılır.