İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb

A- A A+

Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.

NUHÇIXAN xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

İranın Qətərdəki ABŞ bazalarına 6 raket atdığı bildirilir.

Qeyd edək ki, ABŞ mətbuatında İranın yaxın saatlarda bu ölkənin Qətərdəki hərbi bazalarından birinə raket zərbəsi endirə biləcəyi ilə bağlı iddialar səslənib.

İran dövlət televiziyası hücumla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “İran ABŞ-ın Qətərdəki Əl-Udeyd bazasına qarşı əməliyyata başlayıb.”

Qətərin “əl-Cəzira” telekanalı raketlərdən üçünün hərbi bazanın ərazisindəki obyektlərə düşdüyünü açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: