Gürcüstanın yeni Baş prokuroru seçilib

A- A A+

Gürcüstan parlamenti Giorgi Qvarakidzeni ölkənin Baş prokuroru vəzifəsinə təsdiqləyib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə "aktual.ge" məlumat yayıb.

Məlumata görə, namizədin təsdiqlənməsi parlamentin bu gün keçirilən plenar iclasında səsverməyə çıxarılıb. Qvarakidzenin lehinə 83 deputat səs verib, əleyhinə səs verən olmayıb.

Səsvermədən öncə Giorgi Qvarakidze Hüquqi Məsələlər Komitəsinin iclasında iştirak edib. O, prokurorluğun əsas prioritetləri, qarşıda duran çağırışlar və fəaliyyət planları ilə bağlı çıxış edib.

Xatırladaq ki, onun namizədliyi 18 iyun tarixində Gürcüstanın Prokurorluq Şurası tərəfindən səs çoxluğu ilə irəli sürülmüşdü.a

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: