NUHÇIXAN-ın məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını aldığını bəyan edib.
Hökumət başçısı bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal-oliqarx- ruhani dairələrinin respublikada sabitliyi pozmağa və zorakı yolla hakimiyyəti ələ keçirməyə yönəlmiş genişmiqyaslı və qorxunc planının qarşısını alıblar.
Qeyd edək ki, daha əvvəl yayılan məlumata görə, Ermənistan İstintaq Komitəsi müxalifət lideri, arxiyepiskop Baqrat Qalstanyanın evində axtarış aparır.