Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır

A- A A+

Rusiya Yaxın Şərq və Asiyanın bir sıra ölkələri ilə vizaların ləğvinə hazırlaşır.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, vətəndaşları üçün elektron vizanın əlçatan olduğu dövlətlərin siyahısı genişləndirilir və onun təkrar istifadə imkanı nəzərdən keçirilir.

"Apreldə Omanla vizaların ləğvi haqqında saziş imzaladıq. Sıradakı ölkələr İordaniya, Myanma, Bəhreyn, eləcə də Yaxın Şərq və Asiyanın bir sıra digər ölkələridir", - Reşetnikov qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: