İsrail Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Qəzzada ölənlərin sayı 90 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.
"Bu gün səhər İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində daha 14 nəfər həlak olub. Nəticədə son 24 saat ərzində anklavda ölənlərin sayı 90 nəfəri ötüb", - telekanal bildirib.