Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib

A- A A+

Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib.

Bu barədə NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Samsun şəhərində qeydə alınıb. İncirli Məhəlləsində ad günü mərasimi zamanı qonaqlardan 52-də ürəkbulanma və qusma qeydə alınıb.

Zərərçəkənlər Alaçam Dövlət Xəstəxanasına müraciət edib. Xəstəxanada aparılan müayinə və müalicələrdən sonra zərərçəkənlər evə buraxılıb.

Qeyd olunur ki, ziyafət zamanı qonaqlara verilən yeməklərdən nümunələr götürülüb, araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: