İranda 4.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Heydərabad stansiyasından 24 km şimal-qərbdə, İran ərazisində zəlzələ olub. Zəlzələ Heydərabad ərazisində yüksək mərtəbəli binalarda 3 bala qədər hiss olunub.