Ermənistan parlamenti "Elseti"nin milliləşdirilməsi layihəsini birinci oxunuşda qəbul edib

A- A A+

Ermənistan parlamenti həbs edilmiş Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsinə imkan verən qanun layihəsini birinci oxunuşda qəbul edib.

NUHÇIXAN məlumatına görə, bu barədə erməni KİV-ləri xəbər verir.

Layihənin lehinə 65, əleyhinə 30 nəfər səs verib. Bitərəf qalan olmayıb.

Ermənistan parlamenti tərəfindən hazırlanan qanun layihələrinə əsasən, respublikanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası şirkətin fəaliyyətində ciddi pozuntular aşkar edərsə və araşdırma aparsa, şirkətin rəhbərliyini dəyişə biləcək.

Bu halda komissiya şəbəkə sahiblərini müvəqqəti olaraq idarəetmədən kənarlaşdırmaq və müvəqqəti menecer dəvət etmək hüququna malikdir (o, energetika və ya idarəetmə sahəsində ən azı 5 il iş təcrübəsi olan mütəxəssis olmalıdır).

Bizim Telegram kanalımıza abunə olun

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: