İsrailin xarici işlər naziri Gideon Saar E3 ölkələrini – Almaniya, Fransa və Böyük Britaniyanı İranın ABEA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə əməkdaşlığı dayandırmaq qərarı fonunda İrana qarşı bütün sanksiyaları bərpa etməyə çağırır.
NUHÇIXAN-ın məlumatına görə, nazir bunu "X" sosial şəbəkəsində bildirib.
"Snapback mexanizmini aktivləşdirmək vaxtı gəlib!", - deyə Saar bildirib.
Onun sözlərinə görə, AEBA ilə əməkdaşlığı dayandırmaqla İran bütün beynəlxalq nüvə öhdəliklərindən tamamilə imtina edib.
Xatırladaq ki, bu gün daha əvvəl İran prezidenti Masud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması haqqında fərman imzalayıb.
İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi təmin edilənə qədər agentliyin əməkdaşlarının İrana girişi qadağan ediləcək.