Peskov: RF İstintaq Komitəsinin sədri Azərbaycanın Baş prokuroru ilə daimi əlaqə saxlayır

A- A A+

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Yekaterinburq və Bakıda rezonans doğuran işlərlə bağlı problemli məsələləri müzakirə etmək üçün Azərbaycanın baş prokuroru Kamran Əliyevlə daimi əlaqə saxlayır.

NTV xəbər verir ki, bu sözləri brifinq zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, tərəflər “problemli görünən məsələlərlə məşğul olurlar”.

"Hazırda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycanın Baş prokuroru ilə daimi əlaqə saxlayır, bu təmaslar zamanı onlar problemli görünən məsələlərlə məşğul olurlar", -deyə Peskov bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: