Media: ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək

A- A A+

ABŞ bir neçə ay ərzində Ukraynanı sursatla təmin edə bilməyəcək.

NUHÇIXAN xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər əsasən “Patriot” zenit-raket kompleksləri üçün sursatlara, yüksək dəqiqlikli artilleriya mərmilərinə və F-16 qırıcıları üçün raketlərə şamil ediləcək.

Ekspertlər buna ABŞ və onun müttəfiqlərinin sursat çatışmazlığı ilə bağlı narahatlığının səbəb olduğunu bildirirlər. Onların sözlərinə görə, Kiyevə silah-sursat tədarükündə fasilənin döyüş meydanındakı vəziyyətə necə təsir edəcəyi hələlik məlum deyil.

Bir müddət öncə, “Politico” nəşri Pentaqonun Ukraynaya hava hücumundan müdafiə raketləri və dəqiq idarə olunan hərbi sursatların tədarükünü dayandırdığı barədə məlumat vermişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: