Yüngül elektrik stimulyasiyası riyazi qabiliyyəti artıra bilər

A- A A+

“PLOS Biology” jurnalında dərc edilən yeni tədqiqatın nəticələrinə görə, yüngül beyin stimulyasiyası texnikası riyaziyyat performansını əhəmiyyətli dərəcədə artıra bilər. Tədqiqat, həmçinin öyrənmə prosesinin neyrobioloji əsaslarını daha dərindən anlamaq və təhsil bərabərsizliyini azaltmaq baxımından əhəmiyyətli perspektivlər təqdim edir.

NUHÇIXAN xəbər verir ki, araşdırmaya Böyük Britaniyanın Surrey Universitetindən nevroloq professor Roi Kohen Kadoş rəhbərlik edib. O və tədqiqat qrupu, Oksford Universitetinin 72 tələbəsinin beyinlərini funksional əlaqə baxımından təhlil edib. Skanlar göstərib ki, dorsolateral prefrontal korteks (icra funksiyalarını idarə edir) ilə posterior parietal korteks (yaddaşla əlaqəlidir) arasındakı güclü neyron əlaqələr riyaziyyat qabiliyyəti ilə birbaşa bağlıdır.

Tədqiqatda transkranial təsadüfi səs-küy stimulyasiyası (TRNS) texnikasından istifadə olunub. Elektrodlarla təchiz olunmuş xüsusi qapaqlar vasitəsilə həyata keçirilən bu ağrısız stimullaşdırma üsulu nəticəsində aşağı performans göstərən iştirakçılarda nəticələr 25-29 faiz arasında yaxşılaşıb. Alimlər bu prosesin neyronların həyəcanlılığını artırmaqla əldə edildiyini bildirirlər. Bu isə zəif neyron əlaqələrini kompensasiya edərək beyin funksiyasını müvəqqəti gücləndirə bilir.

Qeyd olunub ki, stimullaşdırma yalnız zəif performans göstərənlər üçün təsirli olub. Artıq yüksək nəticə göstərmiş iştirakçılar bu üsuldan əlavə fayda əldə etməyiblər. Kadoş bu nəticələrin koqnitiv fərqlilikləri başa düşmək və fərdi yanaşmalarla təhsili dəstəkləmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: