Parisin hava limanları tətilə görə uçuşların 40 faizini ləğv edəcək

A- A A+

Fransanın Mülki Aviasiya İdarəsi Paris hava limanlarında dispetçerlərin tətili səbəbindən reyslərin 40 faizini ləğv edə bilər.

NUHÇIXAN xəbər verir ki, bu gün və sabah keçiriləcək tətil Parislə yanaşı, Fransanın digər şəhərlərinin aeroportlarına da təsir edəcək. Ölkənin ən böyük üçüncü aeroportu olan Nitsa hava limanında uçuşların yarısının ləğv ediləcəyi gözlənilir. Lion, Marsel, Monpelye və digər hava limanlarında isə reyslərin 30 faizinin ləğvi gözlənilir.

Qeyd edək ki, iş şəraiti ilə bağlı uğursuz danışıqlardan sonra Fransanın ikinci və üçüncü ən böyük həmkarlar ittifaqları UNSA-ICNA və USAC-CGT paytaxt aeroportlarında miqyaslı tətilə başlayıb. Ölkənin ən böyük həmkarlar ittifaqı olan SNCTA isə aksiyaya qoşulmaqdan imtina edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: