Leysan yağışları Gürcüstanda torpaq sürüşmələrinə səbəb olub

A- A A+

Güclü leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb. Gürcüstanın Tsxinvali-Barisaxo-Şatili avtomobil yolunun 96-cı km-də torpaq sürüşməsi baş verib. Magistralda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Bildirilir ki, daha bir problem ölkənin əsas turizm bölgələrindən olan Tuşetiyə gedən yolda yaranıb. Pis hava və yağışlar nəticəsində Tuşetiyə gedən yolda da nəqliyyatın hərəkəti qadağan edilib. Leçuri kəndindən 23 və 25 kilometr aralıda baş verən torpaq sürüşmələri nəticəsində yol bağlanıb.

Daxili əhəmiyyətli Pşaveli-Abano-Omalo yolunda da bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Hər üç əraziyə müvafiq texnika səfərbər edilib və hərəkətin qısa müddətdə bərpası üçün intensiv yol təmizləmə işləri aparılır.

Laki yolun tam nə zaman açılacağı bəlli deyil. Hər şey yağışların dayanmasından asılıdır”, - deyə departamentdən bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: