İran yenidən hava məkanını açır

A- A A+

İran öz hava məkanını yenidən açıb və əksər hava limanlarının işini bərpa edib.

NUHÇIXAN-ın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatı bildirib.

"Mehrabad və İmam Xomeyni adına hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənub hava limanları yenidən fəaliyyətə başlayıb və bütün xidmətləri təqdim etməyə hazırdırlar", - bəyanatda deyilir.

Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, bütün hava limanlarında daxili və beynəlxalq uçuşlar saat 05:00-dan (Bakı vaxtı ilə 05:30) 18:00-a (18:30) qədər həyata keçiriləcək.

Ötən gün İranın Yollar və Şəhərsalma Nazirliyinin rəsmi nümayəndəsi Məcid Əhəvan bildirib ki, ölkə beynəlxalq tranzit uçuşlar üçün öz hava məkanını bağlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: