Suriyanın yeni dövlət gerbi Dəməşqdə rəsmi mərasimdə təqdim olunub. Yeni dövlət rəmzində qanadları açılmış qartal və onun başı üstündə üç ulduz təsvir edilib.
NUHÇIXAN xəbər verir ki, Suriyanın keçid dövrünün Prezidenti Əhməd əl-Şaranın sözlərinə görə, dəyişiklik ölkə tarixində yeni mərhələnin, eləcə də xalqın gücünün və qətiyyətinin simvoludur.
“Bu quş səmada uçan mahir ovçudur, ailəsinin qoruyucusudur. Rəngi zamana tabe olmayan ən təmiz metal kimidir. Suriya xalqı tarix boyu belə olub, yeni dövrdə də belə olmalıdır”, - deyə Əhməd əl-Şara bildirib.
Qeyd edək ki, bu günədək Suriyanın gerbində sinəsində qalxan, üzərində isə iki ulduz olan qartal təsvir vardı. Quşun caynaqlarında üzərində “Suriya Ərəb Respublikası” yazısı olan lent tuturdu.