ABŞ Prezidenti Donald Tramp ölkənin Müstəqillik Günü münasibətilə Ağ Evdən xalqa müraciət edib.
NUHÇIXAN xəbər verir ki, o, büdcə barədə qanun layihəsinin imzalanmasını hərbi modernləşdirməyə doğru atılmış mühüm addım adlandırıb.
"Bu, tarixin ən mühüm hərbi modernləşdirmələrindən biri olacaq. Birinci dövrümüzdə biz ordumuzu yenidən qurduq, indi isə silahlı qüvvələrimizi modernləşdirəcək və yenidən təchiz edəcəyik. Ölkəmizin hər yerində böyük "Qızıl günbəz" tikəcəyik", - o bildirib.
“Qızıl günbəz” Trampın təşəbbüsü ilə ABŞ-da inkişaf etdirilən raket əleyhinə müdafiə sistemidir. Prezidentin sözlərinə görə, Amerikaya zərər verməyə çalışan hər kəs bu sistemlə üzləşəcək.
ABŞ Konqresi ordunu maliyyələşdirmək üçün xərclər və vergi qanun layihəsini qəbul edib.
Qanun layihəsi əsas sahələri maliyyələşdirməklə ABŞ-nin müdafiə qabiliyyətini gücləndirməyə yönəlib: hərbçilərin həyat keyfiyyətinin yaxşılaşdırılması, hava hücumundan və raketdən müdafiə sistemlərinin inteqrasiyası, sursat təchizatı zəncirlərinin dayanıqlığının gücləndirilməsi, kibertəhlükəsizliyin və effektivliyin artırılması, döyüş hazırlığının artırılması, sərhəd təhlükəsizliyi və narkotiklərlə mübarizə missiyalarının dəstəklənməsi.