İyulun 5-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Voronej vilayətindəki Borisoqlebsk aerodromuna hücum edib. Orada Su-34, Su-35S və Su-30SM təyyarələri yerləşir.
NUHÇIXAN bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla xəbər verir.
Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri müdafiə qüvvələrinin digər komponentləri ilə birgə həyata keçirib.
Məlumatda deyilir: "İdarəolunan aviabombalar olan anbar, döyüş təlim təyyarəsi və çox güman ki, digər təyyarələr vurulub. Dəymiş ziyanın nəticələri dəqiqləşdirilir".
Uçuş kadrlarının hazırlanması üzrə təlim aviasiya mərkəzi və eyniadlı aviabaza Voronej vilayətinin Borisoqlebsk şəhərində yerləşir.
Borisoqlebsk aerodromunda Rusiya Aerokosmik Qüvvələrinin Su-25, Su-30, Su-34 və Su-35 təyyarələri var.
Qeyd olunur ki, bu, təlim mərkəzinə və aviabazaya ilk hücum deyil. Xüsusilə, 2024-cü ilin oktyabrında Ukrayna Müdafiə Qüvvələrinin pilotsuz uçuş aparatları KAB-ların olduğu anbarlara, SU-35 və SU-34 təyyarələri üçün dayanacaqlara, habelə Borisoqlebsk hərbi aerodromunda aviasiya yanacağının saxlandığı yerlərə hücum edib.