İraqın şimalında əməliyyat zamanı şəhid olan Türkiyə hərbçilərinin sayı 12-yə çatıb

A- A A+

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha dörd hərbçisi şəhid olub.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 iyul 2025-ci il tarixində ”Pençe-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi bir mağarada aparılan əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənən daha dörd hərbçi həyatını itirib. Şəhid olan hərbçilərin sayı 12-yə yüksəlib.

Qeyd edilib ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün bölgəyə gedib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: