Türk şirkətləri Pakistanda neft və təbii qaz axtarışları həyata keçirəcək

A- A A+

Əldə edilən razılaşma əsasında Türk şirkətləri Pakistan sahillərində neft və təbii qaz axtarış fəaliyyətləri həyata keçirəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Pakistanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan İslamabadda ölkənin Baş nazirinin müavini və Xarici İşlər naziri Məhəmməd İshak Dar ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

H.Fidan qeyd edib ki, Türkiyə-Pakistan arasında ortaq ticarət həcmini 5 milyard dollar səviyyəsinə çıxarmaq üçün işlər aparılır. Həmçinin, mədənçilik, təbii qaz, neft və nadir elementlər sahəsində əməkdaşlıq mexanizmləri qiymətləndirilir.

"Bu çərçivədə Türkiyə Petrolları Anonim Ortaklığı (TPAO) ilə Pakistanın milli neft şirkətləri arasında bu il aprel ayında imzalanmış müqavilə son dərəcə əhəmiyyətli bir addım təşkil etməkdədir. Bu müqavilə sayəsində Türk və Pakistan şirkətləri Pakistan açıqlarında neft və təbii qaz axtarış fəaliyyətlərində iştirak edə biləcək. Bu, bir ilk olacaq. Ortaya qoyduğumuz daha strukturlaşdırılmış işin məhsullarından biri də bu olacaq", - o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: