Türkiyə Egey və Şərqi Aralıq dənizi regionlarında onun hüquqlarını pozan status-kvonun formalaşmasına imkan verməyəcək.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler Afinanın Egey dənizindəki ərazi sularını 12 milə qədər genişləndirmək cəhdlərini şərh edərkən deyib.
Nazir vurğulayıb ki, Ankara Yunanıstan tərəfinin bütün hərəkətlərini diqqətlə izləyir və lazım gələrsə, baş verənlərə operativ reaksiya verir.
Türkiyənin milli müdafiə naziri əmin edib: “Müvafiq addımlar həm diplomatik kanallarla (Xarici İşlər Nazirliyi vasitəsilə), həm də “sahədə” atılır. Biz dənizdə Türkiyənin maraqlarına zidd olan hər hansı bir addıma imkan verməyəcəyik”.