Gecə saatlarında Rusiya Silahlı Qüvvələrinin hava hücumu nəticəsində Kiyevdə iki nəfər həlak olub.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
"Təəssüf ki, iki nəfər həlak olub. Yaxınlarına və doğmalarına başsağlığı verirəm", - deyə o "Telegram" hesabında yazıb.
Tkaçenko atəş nəticəsində yaralananların sayının 13 nəfərə çatdığını əlavə edib.