Ermənistanda deputat Qeqam Manukyanın oğlu saxlanılıb

A- A A+

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin müxalif “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyanın oğlunu saxlayıblar.

NUHÇIXAN xəbər verir ki, deputatın fraksiya üzrə həmkarı Kristine Vardanyan bu barədə özünün sosial media hesabında yazıb.

“Milli Təhlükəsizlik Xidməti qanunsuz olaraq Qeqam Manukyanın telefonunu ələ keçirib və oğlu Taron Manukyanı saxlayıb”, - deyə Kristine Vardanyan bildirib.

O, həmçinin “Daşnaksütyun” şəhər komitəsinin üzvü Arsen Martoyanın saxlanıldığı və partiya üzvlərinin evlərində axtarış aparıldığı barədə məlumat yayıb. Onun sözlərinə görə, “Daşnaksütyun” partiyasının ali orqanının üzvləri və “Ermənistan” fraksiyasının deputatları da daxil olmaqla saxlanılan şəxslər İrəvan İstintaq İdarəsinə aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: